“Müxalif ünsürlər heç zaman bir araya gələ bilməzlər” RƏY-ÖZƏL

“Müxalif ünsürlər heç zaman bir araya gələ bilməzlər” RƏY-ÖZƏL

"Düzdür adı çəkilən qüvvələr biri-birini gözü götürmür". Bunu SİA-ya açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, bu baxımdan müxalif ünsürlər heç zaman bir araya gələ bilməzlər: "Baxmayaraq ki, düşmən olsalar belə bunlar bu seçkilərdə bəzi dairələr də qanun pozuntusuna yol verdiyini bəhanə edərək barışmaq və mitinqlər keçirmək istəyirlər. Bir sözlə, adları çəkilən qüvvələr bu vəziyyətdən istifadə edərək narazı şəxsləri ətraflarına toplamaq istəyirlər. Ancaq düşünmürəm ki, sözügedən qüvvələr bir araya gələ bilsinlər. Hər halda imkan verməyək Azərbaycan dövlətçiliyinə kimlər tərəfindəndisə zərbə dəysin. Çünki inkişaf etmiş Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşan qüvvələr var".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə