Fazil Mustafa: “Evlərin qarşısında aksiyaların təşkil edilməsi təhlükəlidir” - AÇIQLAMA

Fazil Mustafa: “Evlərin qarşısında aksiyaların təşkil edilməsi təhlükəlidir” - AÇIQLAMA
"Muxalifətin əsas işi hakimiyyəti islahatdan yayındırmaq deyil, ölkədə islahatları sürətləndirmək üçün müxalifət partiyaları mümkün kömək imkanlarını ortaya qoymalıdır". SİA-nın məlumatına görə, bu sözləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa müxalifətin aprelin 2-də keçirdiyi aksiyaya münasibət bildirərkən bildirib.

O bildirib ki, mitinq keçirmək siyasi partiyaların hüququdur, lakin aksiyanın qanunusuz keçirilməsi düzgün deyil: "Əgər aksiya qanunsuz keçəcəksə, onun qarşısının alınması hüquq mühafizə orqanlarının işidir".

Millət vəkili aksiyalar zamanı təhlükəli hesab etdiyi məsələlərə də toxunub. F.Mustafa söyləyib ki, evlərin qarşısında aksiyaların təşkil edilməsi təhlükəlidir. Artıq Azərbaycanda siyasi mübarizə ailə müstəvisinə keçib və bu məsələ gələcəkdə böyük fəsadlar törədə bilər.

Deputat buna misal olaraq Sumqayıt, Cəlilabad hadisələrini misal göstərib: "Hansısa siyasi partiya rəhbərinin evinin qarşısında piket keçirmək kimi məsələlər yolverilməzdir, bunun qarşısı mütləq alınmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə