Azərbaycan Latviya ilə mədəniyyət sahəsində üç illik saziş imzalayacaq
Bu gün Ümumdünya Mədəniyyətlərarası Dialoq Formu çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Latviyanın mədəniyyət naziri Sarmite Elerte ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə tərəflər razılığa gəliblər ki, 2 ölkə arasında üç illik tədbirlər planı hazırlansın. Hazırlanacaq əməkdaşlıq sənədində isə musiqi kollektivləri arasında mübadilə, kitabxana – informasiya sahəsində əməkdaşlıq, qeyri-maddi irs sahəsində təcrübə mübadiləsi məsələlərinin yer alacağı qeyd edilib.
Azərbaycanlı nazir Latviya ilə mədəniyyət sahəsində əməkdaşlıqda maraqlı olduqlarını qonağın diqqətinə çatdırıb. S.Elerte Bakıda belə bir tədbirin təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan ilə mədəniyyət sahəsində əməkdaşlığın həyata keçirilməsi istiqamətində xüsusi layihələrin hazırlanacağını da dilə gətirib.
Ə.Qarayev həmçinin bu gün ad gününü Azərbaycanda qeyd edən latviyalı həmkarını təbrik etməyi də unutmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB