“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişikliklər edilib

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişikliklər edilib
Milli Məclisin bu gün keçirilən iclasında "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. SİA-nın məlumatına görə, ilk növbədə dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, dəyişiklik miqrasiya orqanları əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib.
O, qeyd edib ki, təklif olunan dəyişikliyə əsasən miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25%-i miqrasiya işçilərinin sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının hesabına keçiriləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq". Qanuna əlavələr təsdiq olunduqdan sonra vəsaitdən istifadə qaydaları da müəyyən olunacaq. Bu indiki şəraitdə müsbət addımdır və miqrasiya işçiləri əməkdaşlarının maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib".
Müzakirədən sonra qanuna əlavə və dəyişikliklər təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə