Oqtay Əsədov: “Mən inanmıram ki, müxalifət belə birabırçı mitinqdən sonra yenidən mitinq keçirmək istəsin” - MÜNASİBƏT
"Aprelin 2-də müxalifətin mitinqindən sonra beynəlxalq televiziya kanallarında Azərbaycanda guya baş tutmuş mitinq müzakirəyə çıxarıldı". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Spikeri Oqtay Əsədov parlamentin bugünki iclasında çıxışı zamanı deyib.
Sumqayıt hadisələrini yada salan spiker bildirib ki, vaxtilə SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş Sumqayıt hadisələrindən sonra Azərbaycanı dünyada pis sifətdə göstərmək üçün axşam saat 8 radələrində xüsusi orqanlar tərəfindən təşkil olunmuş hadisələr sabahısı gün saat 12-də Londonun bütün xəbərlərində verildi. Onun sözlərinə görə, bu qurulmuş ssenari idi.
"O dövrlərdə siyasi partiyalar yox idi. İndi də mən bütün partiyalara aid etmək istəmirəm, əfsuslar olsun ki, bəzi radikal müxalif partiyaların dəstəyi ilə Azərbaycanın mənafeyinə zidd, ölkəmizi dünyada gözdən salmaq istəyən, ölkəmizin inkişafına xəbis gözlə baxan bəzi ölkələr bundan istifadə edib, eyni ssenarini 2 apreldəki mitinqdə etdilər. 200-300 insan yığıldı. Bu gün onların əsas məqsədi pozuculuq xarakteri daşıyır. Onlar istəyirlər ki, onların həyata keçirdiyi mitinqlər beynəlxalq telekanallarda göstərilsin və buna ad qoyulsun. Mən ad demək istəmirəm, həmin gün aksiyada tanıdığımız insanlar da var idi. Sakit getdikləri yerdə birdən kamera gördükdə "Azadlıq"-deyə qışqırmağa başlayırdılar. Aydındır ki, bu təşkil olunmuş ssenari idi. Mən inanmıram ki, belə bir birabırçı mitinqdən sonra yenidən mitinq keçirmək istəsinlər və buna ürək etsinlər. Azərbaycan artıq o illərin Azərbaycanı deyil. Azərbaycan müstəqil, güclü inkişaf etmiş bir ölkədir. Azərbaycanda belə qarışdırıcı məsələlərə yer yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB