İSESCO və TÜRKSOY rəhbərləri arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb

İSESCO və TÜRKSOY rəhbərləri arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb
Bu gün Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində TÜRKSOY və İSESCO təşkilatları arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb. SİA-nın məlumatına görə, imzalanma mərasimində İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri və TÜRKSOY təşkilatının baş katibi Düseyin Kaseyinov iştirak ediblər.

İmzalanma mərasimindən sonra hər iki təşkilat rəhbərləri birgə əməkdaşlığın yüksək səviyyədə həyata keçirəcəyini əminliklə vurğulayıblar.

İSESCO-nun baş katibi çıxışında bildirib ki, belə bir protokolun imzalanması bizim təşkilatın çoxdankı arzusu idi: "Düşünürük ki, bu protokol bir nümunə olacaq. Bu əməkdaşlıqla bir daha sübut etmiş olacağıq ki, keçmişdə çox gözəl tarixə malik olan bir çox ölkələr var. Bu layihə tək reginoların deyil, eləcə də İSESCO-nun maraqlarına xidmət edəcək".

D.Kasseinov İSESCO rəhbərinə bu cür əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb və Əl Tüveycriyə təşəkkürünü bildirib. Qarşılıqlı əməkdaşlıq protokoluna əsasən İSESCO və TÜRKSOY arasında mədəni layihələr, bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə