“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan illərdir Türkiyədə yaşayan suriyalılar üçün Avropa İttifaqına keçidə icazə verdiyi bir neçə gün ərzində yüzminlərlə insan Yunanıstanla sərhəddə axışıb. Yunanıstan ordunu sərhəddə töküb, sərhəddi keçmək istəyənlərdən iki nəfərini öldürüb, birini yaralayıb. Bunu Türkiyə etsəydi, Avropa ayağa qalxardı. Ancaq Brüsseldən gələn açıqlamada Yunanıstana dəstək ifadə edilib”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Bolqarıstan da miqrantların sərhəddinə toplanmasından çəkinir: “Avropa İttifaqının ən kasıb dövləti olan Bolqarıstan miqrantları qəbul etməyə hazır deyil. Ancaq Yunanıstandan fərqli olaraq Bolqarıstanın Türkiyə ilə münasibətləri normaldır. Bolqarıstanın baş naziri Boyko Borisov təcili Ankaraya gedərək Ərdoğanla görüşüb. Türkiyə Cumhurbaşqanı Borisovla dostluğunu bir daha təsdiq etsə də, Ərdoğan Bolqarıstan baş nazirinin “gəlin Sofiyada Siz, mən və Yunanıstanın baş naziri görüşək” təklifini rədd edib. Ərdoğan birgə mətbuat konfransında yenə Avropa İttifaqını sərt tənqid etdi, Brüsselin miqrantlar üçün vəd etdiyi 6 milyard dolları ayırmadığını bildirdi. Türkiyə 9 ildə suriyalı miqrantlara 40 milyard dollara yaxın pul xərcləyib. Türkiyə sərhəddin miqrantlara Avropa istiqamətində hərəkətə sərbəstlik verdikdən sonra Brüsseldən Ankaraya bu məzmunlu zəng gəlib: “Miqrant axınını dayandırın, Sizə təcili 1 milyard dollar ayıraq”. Ərdoğan Brüsselin bu təklifini rədd edərək, “artıq gecdir” cavabını verib.
Beləliklə, Borisov Ankaradan əliboş dönüb. Ankara miqrant yükünü daha təkbaşına daşımaq istəmir. Haqlıdır. Avropanın yanaşması belədir ki, “Suriya və miqrantlar bizim problem deyil, hadisələr Türkiyə sərhəddində baş verir, qoy əziyyətini də Ankara çəksin”. Ankaranın cavabı isə belədir ki, hansı köçkün Türkiyədə qalmaq istəyirsə, bunda problem yoxdur, ancaq Avropaya köçmək istəyənin qarşısını almayacaqlar. Avropa növbəti qaçqın axınına hazırlaşmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB