Zahid Oruc: "Müxalifətin əsas məqsədləri odur ki, onları CNN, Əlcəzirə və s. kimi beynəlxalq TV kanallarında göstərsinlər"

Zahid Oruc: "Müxalifətin əsas məqsədləri odur ki, onları CNN, Əlcəzirə və s. kimi beynəlxalq TV kanallarında göstərsinlər"
"Aprelin 2-də keçirilən aksiyanı siyasi və dini radikalların birgə aksiyası kimi qiymətləndirirəm". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisin bugün iclasında cari məsələlər zamanı çıxışnda deyib. O bildirib ki, aksiyada dinin dövlət idarəçiliyinə təsir meylləri müşahidə olunur.
Onun sözlərinə görə, növbəti mərhələdə müxalifətlə dindarların birləşməsini müşahidə edə biləcəyik: "Çünki bəzi qüvvələrin Azərbaycana dinin ixracı planları var. Müxalifətin əsas məqsədləri odur ki, onları CNN, Əlcəzirə və s. kimi beynəlxalq TV kanallarında göstərsinlər. Onlar bunu bacarırlarsa, o zaman getsinlər, bu cür mitinqləri Qarabağda, Ağdamda keçirsinlər ki, onları o yerlərdə həmin telekanallarda göstərsinlər. Bəzi mətbuatda yazılır ki, Liviya Xalq Cəbhəsi Fransa prezidenti Sarkozi ilə müqavilə imzalayıb. Bu müqaviləyə əsasən Liviyanın neft gəlirlərinin 35%-i Sarkoziyə verilir. Ona görə də Sarkoziyə "Cənab 35" deyirlər. Belə olan halda Azərbaycan müxalifəti də hansısa xarici qüvvə ilə belə müqavilə imzalayıb. Belə bir öhdəliyin olmasına şübhə etmirəm".
Qeyd edək ki iclas davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə