Milli Məclisin növbəti iclası öz işinə başlayıb

Milli Məclisin növbəti iclası öz işinə başlayıb
Milli Məclisin növbəti iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclası giriş sözü ilə açan Oqtay Əsədov deputatları salamlayaraq onları qeydiyyatdan keçməyə çağırıb. O bildirib ki, iclasın gündəliyinə 3 məsələ daxil olub.
Qeyd edək ki, bu günki iclasda deputatlar 2011-ci ilin "Turizm ili" elan olunması ilə əlaqədar ölkəyə gələn turistlərin viza sənədlərinin qeydiyyatının sadələşdirilməsi üçün "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsini müzakirə edəcəklər.
Bununla yanaşı, "Miqrasiya orqanında qulluq keçmə haqqında" Əsasnamyə də dəyişikliklər olunacaq, "İcbari sığortalar haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə