Politoloq : “ATƏT bir qapılı oyun sisteminə keçib, hakim də özləridir və cəriməni də özləri kəsir"
"Azərbaycan Qarabağ münaqişəsinin həlli məsələsini 1993- cü ildən ATƏT-in səlahiyyətinə verib. Lakin bu günə qədər ciddi bir addım atılmayıb". Politoloq Cümşüd Nuriyev SİA-ya açıqlamasında bildirib ki, əksinə onların sonuncu Faktaraşdırıcı missiyasının yazdığı hesabatda tərəzinin gözlərində Azərbaycanla Ermənistan eyni çəkidə qoyulub. Onun sözlərinə görə, işğal edənlə işğal olunana eyni cür baxmağın özü də birmənalı şəkildə göstərir ki, ortada ATƏT-in Minsk qrupuna həmsədr olan dövlətlərin başqa maraqları var: "ATƏT-in Minsk qrupunun Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqları olan Dağlıq Qarabağ münaqişəsini həll edə biləcəyinə inanmağım yumşaq desək, siyasi cəhətdən uzaqgörənlik deyil, yəni bu siyasi korluqdur. ATƏT yarandığı müddətdən bu günə qədər hansısa bir münaqişəni həll edə bilməyib. Yəni qurumun portfelində həll olunan münaqişə ilə bağlı hər hansı bir nümunə yoxdur. Ən azından Azərbaycanda mövcud olan münaqişəni həll etsəydilər, onların portfelinə ağır bir sənəd girərdi. Hazırda hadislərin gedişi, onların fəaliyyəti göstərir ki, münaqişənin həllində qrupa üzv olan ölkələrin maraqları toqquşduğuna görə hər kəs vəziyyəti özünə çəkir və Azərbaycan bilavasitə ortada qalır. Rusiya və Qərb ayrı-ayrılıqda bizdən öz maraqlarına xidmət etməyi tələb edirlər. Azərbaycanın daxilində son zamanlar gedən proseslər də bununla bağlıdır. Rusiya meylli avarlar beyinləri ilə əgər inqilab etmək istəyirlərsə, Qərb yönümlülər küçələrə çıxırlar. Çünki Azərbaycan ziyalılarının əksəriyyəti sovet dövründə yetişənlərdir. Onların hazırda bitərəf mövqe tutması özü Azərbaycan dövlətinə ziyandır. Yəni bundan böyük təhlükə ola bilməz. Çünki bu insanlar Azərbaycan dövlətini, xalqını qorumaq üçün lazımı addım atmırlar. Buna görə biz daxili cəbhədə də uduzuruq. Azərbaycan ziyalılarının ATƏT-lə bağlı mövqeyində də eyni vəziyyətdir".
Politoloq deyir ki, ATƏT-ə qarşı təzyiqlər ölkədaxilində bütövlük təşkil etmir. Belə ki, iqtidar bu cəbhədə irəliyə getsə də müxalifət mövqe bildirməkdən imtina edir: "Ən azından müxalifət qüvvələri elan etsinlər ki, biz ATƏT-in Minsk qrupunun münaqişənin həllində vasitəçiliyinə son qoyuruq. ATƏT-in şəhərin mərkəzində binası var, gəlsinlər onun qabağında mitinq etsinlər. Nə olar bir dəfə də onu təşkil etsinlər. Elə boş-boş kürsü üstündə dava edirlər. Onlarda millətin rifahı, xalqın güzaranı davası yoxdur. İstəyirlər ki, Prezident İlham Əliyev hakimiyyətdən getsin, onlar da iqtidar olsun. Guya bu zaman onlar münaqişəni həll edəcəklər? Daha etdiyinizi etmisiz, bundan artıq nə edəcəksiniz bu millətə? Eyni zamanda iqtidarın da ATƏT-i "Persone None Qrate" etmək imkanları çox məhduddur. Çünki dünyada iki hökmranlıq edən dövlətin qarşısına Azərbaycan gedə bilmir. Amma bütün bunlara baxmayaraq Azərbaycan milləti bu addımı atmalıdır. Həmçinin qrupun üzvlərində də dəyişiklik edilməlidir. Çünki ortada xrsitian müsəlman ölkələri arasında münaqişə yaranıb və bu münaqişənin həllində vasitəçilik edən hər üç dövlət xristiandır.
Əslində isə ATƏT bir qapılı oyun sisteminə keçib. Hakimdə özləridi və cəriməni də özləri kəsir. Ona görə onların Azərbaycana gəlməsindən mən heç bir şey gözləmirəm. ATƏT bizi gör neçənci dəfə aldadır. Yəni Biz ATƏT-i tanıya bilmirik? "
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB