İsrail vətəndaşları üçün təhlükəli olan ölkələrin siyahısını yeniləyib
İsrail Milli Təhlükəsizlik Şurasının strukturlarına daxil olan Terrorçuluqla Mübarizə Qərargahı İsrail vətəndaşları üçün təhlükəli olan ölkələrin siyahısını yeniləyib. SİA-nın xəbərinə görə, həmin siyahıya yenidən Gürcüstanın və Ermənistanın adı daxil olub. İsrail höküməti vətəndaşlarına həmin ölkələrə getməməyi tövsiyə edib : "Həmin ölkələrdə ciddi təhlükə var. Adı sadalanan ölkələrə səfər edən İsrail vətəndaşları "HƏMAS" və "Hizbullah" radikal islam qruplaşmasının üzvləri tərəfindən oğurlana bilərlər",-deyə məlumatda göstərilib.
Eyni zamanda keçmiş sovet dövlətlərindən olan Azərbaycan və Tacikistan da İsrail vətəndaşları üçün təhlükəli olan ölkələrin siyahısında yer almaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB