Türkiyənin qaçqın siyasətini dəyişməklə Avropaya verdiyi MESAJ ŞƏRH-ÖZƏL
Türkiyənin qaçqın siyasətini dəyişməsi düzgün qərardı. Qardaş ölkənin bu addımı əslində Suriya məsələsində Avropanın fəallığını artırmaq üçündür”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, son illər ərzində Türkiyə qaçqın odusunu təkbaşına saxlayıb: “Burada söhbət 4 milyondan çox qaçqından gedirdi. Hansı ki, bu, Türkiyənin özü üçün müəyyən problemlərə gətirib çıxarırdı. Bu müddət ərzində qaçqın problemi ilə bağlı Türkiyə Avropa dövlətləri ilə danışıqlar aparsa da, bunun heç bir real nəticəsi olmadı. Nəticədə, Türkiyə məcburiyyət qarşısında bu addımı atmalı oldu. Çünki İdlibdəki problemlər səbəbi ilə daha yarım milyon insan Türkiyəyə üz tutub”.
Politoloqun fikirincə, Türkiyə bu addımı ona görə atıb ki, Avropa da bu çətinlikləri hiss etsin, görsün ki, bu illər ərzində Türkiyə hansı miqyasda problemlə məşğul olub: “Bu addım “türk ordusu Suriyada nə edir” sualına da ən gözəl cavabdır”.
Xatırladaq ki, bu gün açıqlanan rəqəmlərə əsasən Türkiyədən Avropaya 132 min qaçqın keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB