Ermənistan ordusunun bölmələri aprelin 7-də saat 22.15-dən 22.20-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, aprelin 8-də saat 00.10-dan 00.15-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB