Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ankaranın Liviya ilə əlaqədar yol xəritəsini açıqlayıb. SİA-nın bu ölkənin mətbuatına istinadən verdiyi məlumata görə, tezliklə atəşkəs elan edilməsinə ehtiyac olduğunu vurğulayan Ərdoğan Liviya rəhbərliyini məsuliyyətli olmağa çağırıb.
Baş nazirin mətbuat konfransı ilə açıqladığı gözlənilməz yol xəritəsi 3 təməl prinsip üzərində qurulub. Həmin prinsiplər aşağıdakılardır:
1. Atəşkəs dərhal təmin edilməli və Muammar Qəddafinin qüvvələri bəzi şəhərlərə tətbiq etdiyi mühasirəni qaldırmalı və şəhərlərdən çəkilməlidir.
2. Heç bir ayrı-seçkiliyə yol vermədən bütün Liviyalı vətəndaşlara fasiləsiz humanitar yardımı təmin edəcək etibarlı humanitar bölgələr yaradılmalıdır.
3. Bütün Liviya xalqının qanuni mənfəətləri naminə demokratik islahatlara başlanılmalıdır.
Ərdoğanın yol xəritəsinə Liviya müxalifətindən cavab gəlib. "Əl-Ərəbiyə" kanalına danışan üsyançıların sözçüsü polkovnik Əhməd Bani Qəddafi ilə müzakirələri rədd edib. O, bildirib ki, Ərdoğanın mövqeyi türk xalqının fikirlərini əks etdirmir: "Ərdoğan Liviya, ya da türk xalqının maraqları üçün danışmır, yalnız öz mənfəəti üçün danışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB