Aprelin 11-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayacaq. Bu barədə SİA-ya Parlamentin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Rövşən Rzayev, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Aydın Abbasov, Sabir Hacıyev, Sahibə Qafarova, Qənirə Paşayeva və Elxan Süleymanov Fransada səfərdə olacaqlar.
Sessiya çərçivəsində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının iqtisadi inkişafa təsiri, mədəniyyətlərarası doaloqda dini meyarlar, yoxsulluqla mübarizə, işgəncələrin qarşısının alınması mexanizminin gücləndirilməsi, uşaq və gənclərin şəkərli diabet və artıq çəkidən qorunması, miqrant qadınların hüquqlarının müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə və digər məsələlər barəsində müzakirələr aparılacaq.
Milli Məclisin nümayəndələri sessiyanın işində və komitələrin iclaslarında yaxından iştirak edəcək, müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB