"Referendumu təxirə salın" Hrant Baqratyan

"Referendumu təxirə salın" Hrant Baqratyan

Ermənistanın sabiq baş naziri Hrant Baqratyan özünün “Facebook” səhifəsində ölkədə planlaşdırılan referendumun vaxtının dəyişdirilməsi tələbi ilə çıxış edib. SİA “armenianreport”a istinadən xəbər verir ki, sabiq baş nazir bunu koronavirusun ölkədə sürətlə yayılması ilə əlaqələndirib.

“Koronavirus Ermənistandadır. İstənilən kütləvi tədbirlərin vaxtını dəyişmək lazımdır. Referendumun vaxtını dərhal dəyişdirmək”, deyə Baqratyan yazıb.

Xatırladaq ki, Ermənistanda 1 mart qırğını ilə bağlı nümayiş də keçirilməmiş qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə