Süd, pendir, yoqurt və kərə yağının tərkibində olan transpalmitolein turşusu diabetin ikinci tipinin inkişafının qarşısını alır. SİA-nın xəbərinə görə, 3700 könüllünün iştirakı ilə aparılan eksperiment göstərib ki, qanda bu maddənin yüksək olması xolesterinin və insulinin səviyyəsinin, habelə insulinə qarşı həssaslığın göstəricilərini normallaşdırır. Diabet riski təxminən üç dəfə azalır. Transpalmitolein turşusu orqanizmində hasil olunmadığı üçün qida, xüsusən süd və süd məhsulları vasitəsilə qəbul edilir.
Ekspertlər eyni zamanda süd məhsullarına çox aludə olmağı məsləhət görmürlər. Süd məhsullarının tərkibi kifayət qədər çox yağlı olduğu üçün artıq çəkiyə gətirib çıxarır. Arıqlamaq istəyənlər əsas etibarilə yağsız süd, kəsmik, qatıq və yoqurt növlərinə müraciət etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB