Gəncədəki su anbarlarının əksəriyyəti istifadəyə yararsızdır

Gəncədəki su anbarlarının əksəriyyəti istifadəyə yararsızdır

Gəncə şəhərindəki su anbarlarının əksəriyyəti istifadəyə yararsızdır. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, şəhərdə mövcud olan təxminən 40-a yaxın su anbarında normal fəaliyyət sistemi sıradan çıxıb. Köhnə xətlərdə tez-tez sızma baş verir ki, bu da içməli suların çirkab sulara qarışmasına gətirib çıxarır.

Rəsmi məlumatlara əsasən Gəncə şəhərindəki su anbarları ötən əsrin 60-cı illərində inşa olunub.


O vaxtdan bu günə kimi heç bir əsaslı təmir aparılmayıb. Su anbarlarının mühafizə zolağı dağıdılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə