Radikal müxalifət partiyalarının sıralarını tərk edənlərin sayı min nəfərə yaxınlaşır – SON XƏBƏR
Səs İnformasiya Agentliyinin əməkdaşları aprelin 7-də radikal müxalifət partiyalarından istefalarla bağlı araşdırmasını davam etdirib. Məlumata görə, bu gün Azərbaycanın 28 şəhər və rayonunda müxalifət partiyalarının Bakı şəhərində sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdlərinə etiraz olaraq daha 142 nəfər istefa verdiyini bəyan edib. Müxalifət partiyalarının üzvləri keçmiş "liderlərinin" xarici anti-azərbaycan qüvvələrlə işbirliyi quraraq ölkədə xaos, anarxiya yaratmaq cəhdlərinə etiraz etdiklərini bildiriblər.
Ümumilikdə, 5-7 apreldə Müsavat, AXCP, AMİP, KXCP, Ümid, ALP, ADP və Xalq partiyasının sıralarını 821 nəfər tərk edib. Müsavat, AXCP və AMİP-in sıralarını tərk edən partiya üzvlərinin sayı daha çoxdur. Belə ki, AXCP-dən 342, Müsavatdan 262 və AMİP-dən 118 nəfər getdiyini bəyan edib. Bununla yanaşı, son günlər 39 nəfər KXCP-nin, 40 nəfər də Ümid Partiyasının sıralarını tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB