Əbülfəs Qarayev: “Dağlıq Qarabağa getməyin, ora Azərbaycan torpağıdır və sizin oraya getməyiniz qanunsuzdur”
"Azərbaycanda ilk dəfə keçirilən Ümumdünya Mədəniyyətləarası Dialoq Forumunun işini çox yüksək qiymətləndirirəm. Bu forumun xüsusi əhəmiyyəti var. Bu forumun dövlət başçısının təşəbbüsü ilə keçirilməsi ilə sübut olundu ki, ölkə başçısı buna xüsusi həssaslıqla yanaşır və münasibət bəsləyir. Bu gün elan edildiyi kimi, forumun Azərbaycanda keçirilməsi ənənəvi xarakter daşıyacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir çıxışı zamanı bu forumun hazırlanmasında, ictimaiyyət arasında maraq oyatmasında Azərbaycan mediasının rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, forum çərçivəsində "Mədəniyyətlərarası dialoq forumunda medianın rolu"na həsr olunan xüsusi bir panel keçiriləcək və müzakirələr olacaq: "Bu gün Mədəniyyətlərarası Dialoq Forum qapalı şəkildə keçməməlidir və maraqlı bir mövzu olaraq geniş ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır. İnsanlar bilməlidirlər ki, yalnız qarşılıqlı mədəni sərvətlərə hörmətlə yanaşaraq bəşəriyyətin daha sağlam, sülhsevər, əmin-əmanlıq şəraitində yaşamasını təmin edə bilərik".
Əbülfəs Qarayev Xankəndində turizm mərkəzlərinin yaradılması və gələcəkdə oraya turistlər cəlb olunması ilə bağlı yayılan məsələyə də münasibət bildirib: "Bunların heç biri bizim üçün yeni şeylər deyil. Biz daim mübarizə aparırıq. Beynəlxalq sərgilərdə Ermənistan öz stendlərində Dağlıq Qarabağı da öz əraziləri kimi təqdim edirlər. Guya orada səfərlər təşkil edirlər. Kim oraya gedəcək? Erməni diasporasının böyük imkanları var, belə səfərləri təşkil etmək prinsipcə mümkündür. Lakin bu, beynəlxalq qanunlara zidd olan bir məsələdir. Burada biz tam əminik ki, Ümumdünya Turizm Təşkilatı bu hərəkətlərə pisləmə nöqteyi-nəzərindən yanaşır, bizim mövqeyimizi dəstəkləyirlər. Sadəcə olaraq, Azərbaycanın mədəniyyət və turizm naziri vəzifəsini icra edən şəxs kimi bütün dünyanın turistlərinə tövsiyə verə bilərəm ki, Dağlıq Qarabağa getməyin, çünki ora Azərbaycan torpağıdır və sizin ora getməyiniz qanunsuzdur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB