“Almaniya və Azərbaycanda patent və əmtəə nişanı hüququ” mövzusunda beynəlxalq seminar keçirilir
7 aprel 2011-ci il tarixində Bakıda "Almaniya və Azərbaycanda patent və əmtəə nişanı hüququ" mövzusunda beynəlxalq seminar işinə başlayıb. Seminar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) tərəfindən təşkil edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, seminarı giriş sözü ilə açan Komitənin Aparat rəhbəri Əbülfət İmanov patent sahəsində son illər görülmüş işlər haqqında məlumat verib. Əmtəə nişanı hüquqlarının qorunması istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığın səviyyəsindən razılığını bildirən Ə.İmanov bu sahədə milli strategiyanın hazırlanmasından da danışıb.
Sonra Almaniyanın Azərbaycandakı səfirinin I müşaviri Peter Siqler çıxış edib. O, Azərbaycanda patent sahəsinin inkişaf etdiyini, əqli mülkiyyət hüquqlarının qorunmasında Avroba təcrübəsinin tətbiqini vurğulayıb və bunu yüksək qiymətləndirib.
Seminarın təşkilatçılarından olan Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) Bakıdakı məsləhətçisi Rəşad Hüseynli seminarın əhəmiyyətindən danışaraq təcrübə mübadiləsinin yüksək nəticələnəcəyinə əminliyini bildirib.
Seminarda Azərbaycanda patent və əmtəə nişanı hüququ, hüquqi tənzimləmə, qeydiyyat, əmtəə nişanlarının istifadə olunması və qorunması, Avropa Patent İdarəsi və Almaniya Federal Patent Məhkəməsinin istinad etdiyi patent hüququ və s. məsələlər müzakirə edilib. Seminarda Almaniya Federal Patent Məhkəməsinin sədrlik edən hakimi Volfgang Ştoppel və hakim Karin Friehe də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB