Nazir: “UNESCO-nun faktaraşdırıcı missiyasının funksiyası aydın olsa da onun tərkibi və vaxtı müəyyənləşə bilmir”
"Bu günə kimi UNESCO-nun faktaraşdırıcı missiyasının funksiyası aydın olsa da onun tərkibi və vaxtı müəyyənləşə bilmir". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
O bildirib ki, UNESCO-nun faktaraşdırıcı missiyasının tərkibi və vaxtının müəyyənləşdirilə bilməməsi ondan irəli gəlir ki, bu, qarşılıqlı anlaşma əsasında həyata keçirilməlidir: "Qarşılıqlı anlaşma olmadığına görə də araşdırıcı komissiyanın Azərbaycana gəlməsi qeyri-mümkündür.
Nazir Əbülfəs Qarayev UNESCO-nun faktaraşdırıcı missiyasının uzun müddətdir, nəzərdə tutulan səfərinin hələ də həyata keçirilməməsi məsələsinə münasibət bildirərək qeyd edib ki, bu məsələdə Azərbaycan tərəfinin tələbləri də var: "Bizim tələbimiz ondan ibarətdir ki, araşdırıcı komissiya mədəni irsin vəziyyətini öyrənmək istəyirsə, işğal olunmuş torpaqlarımızla yanaşı, Ermənistan və Azərbaycana eyni zamanda gəlməli və bütün vəziyyəti təhlil etməlidir. İkinci şərtimiz odur ki, Dağlıq Qarabağ sərhədlərini keçərkən bu missiya oraya Azərbaycan tərəfindən keçməlidir. Qalan şeylərə, lazımi sənədləri təqdim etməyə, real vəziyyətimizi göstərməyə və həqiqətin bizim tərəfimizdə olmasını sübut etməyə hazırıq".
Ə.Qarayev Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bu kimi çoxsaylı suallara cavab olacağını da deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB