Əfqanıstan və İndoneziyada zəlzələ olub

Əfqanıstan və İndoneziyada zəlzələ olub

Əfqanıstanın şimalında yerləşən Balx əyalətində zəlzələ baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü və episentri barədə məlumat verilmir. Zəlzələ Pərvaza və Marmal yaşayış məntəqələrində hiss olunub. Hadisə nəticəsində 100 yaşayış evinə ziyan dəyib. Təhlükəsizlik tədbirləri çərçivəsində zərər dəymiş yaşayış məntəqəsindən əhali təhlükəsiz əraziyə təxliyyə olunub.

 

Növbəti təkanlar İndoneziyada qeydə alınıb. Yeraltı təkanların gücü 6,0 bal təşkil edib. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Şimali Sulavesi vilayətinin inzibati mərkəzi Manado şəhərindən 292 km şimal-şərqdə qeydə alınıb. Tələfat, dağıntı və sunami təhlükəsi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə