Hərbi anbarda partlayış olub

Rusiyanın qərbində yerləşən Lipetsk vilayətində partlayış baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata əsasən, hadisə Daçnıy yaşayış məntəqəsində yerləşən 260 saylı Mərkəzi raket-artilleriya döyüş sursatı anbarında qeydə alınıb. Anbar ərazisində yerləşən barıtın yandırılması üçün nəzərdə tutulmuş sahədə içərisində 40 kq barıt olan qutunun partlaması nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

İlkin ehtimala görə, hadisəyə texniki xəta səbəb olub. Hadisə yerində müvafiq işlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə