Azərbaycan Prezidenti AŞPA sədrini qəbul edib

Azərbaycan Prezidenti AŞPA sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlunu qəbul edib. SİA-nın xəbərinə görə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirən Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu Forumun çox önəmli olduğunu və bu cür tədbirlərin Avropa Şurası ilə əməkdaşlıq məsələlərinə böyük dəstək verdiyini vurğulayıb.

Dövlət başçısı Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunun Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakının önəmini vurğulayıb. Bu cür beynəlxalq tədbirlərin ardıcıl olaraq keçirilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev Forumun həm bölgə, həm də Avropa və dünya üçün əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə