“INEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilib
Aprelin 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bakıda keçirilən ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-EUROASİA) bir qrup iştirakçısı ilə görüş keçirilib.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə Əfqanıstan, Litva, Makedoniya, Polşa və Taylanddan gəlmiş müəllim və şagirdlər iştirak ediblər.
Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov olimpiada iştirakçılarını salamlayaraq onları ölkəmizdə görməsindən məmnunluq duyduğunu söyləmiş, ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş beynəlxalq layihə olimpiadasının 2007-ci ildən başlayaraq hər il ənənəvi olaraq keçirilməsini yüksək qiymətləndirdiyini bildirib.
Nazir tədbir iştirakçılarına Azərbaycanın tarixi, ekoloji problemlərin həlli istiqamətində ardıcıl və səmərəli tədbirlərin həyata keçirilməsi, ölkə ərazisində genişmiqyaslı yaşıllaşdırma işlərinin aparılması, çirklənmiş torpaqların təmizlənməsi və digər görülmüş işlər barədə məlumat verib.
Görüşdə iştirak edən olimpiada iştirakçıları isə Bakı şəhərinin onlarda xoş təəssüratlar yaratdığını, burada olduqlarından məmnunluq hissi keçirdiklərini bildirmiş və ətraf mühitin mühafizəsi ilə bağlı olimpiadaya təqdim etdikləri layihələr barədə danışıblar.
Sonda Nazir olimpiada iştirakçılarına uğurlar arzulamış və görüş iştirakçılarına hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB