“İdlibin hava məkanını uçuşsuz ərazi elan edilməlidir” Türkiyə rəsmisi

“İdlibin hava məkanını uçuşsuz ərazi elan edilməlidir” Türkiyə rəsmisi

Türkiyə prezidentinin administrasiyasının rabitə əlaqələri idarəsinin rəhbəri Fəxrəddin Altun bəyan edib ki, beynəlxalq ictimaiyyət mülki vətəndaşların müdafiəsi üçün İdlibin hava məkanını uçuşsuz ərazi elan etməlidir. SİA xəbər verir ki, türkiyəli rəsminin sözlərini RİA Novosti saytı yayıb.

O, həmçinin Rusiya və İrana da səslənib. “Astana (İndiki Nursultan-red.) prosesinin qarantları – Rusiya və İran İdlibdə hərbi fəaliyyətin və zorakılığın azalması ilə bağlı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsələr, avtoritetliklərini itirəcəklər”, deyə Altun özünün “Twitter” səhifəsində yazıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə