Gəncədə yüksək gərginlikli xətlərin altında tikilən evlər yenidən qeydiyyata alınır - FOTOSLAYD

Gəncədə yüksək gərginlikli xətlərin altında tikilən evlər yenidən qeydiyyata alınır - FOTOSLAYD

"Azərenerji" ASC-nin rəsmiləri Gəncədə yüksək gərginlikli xətlərin altında inşa olunan tikililərin qarşısının alınması məqsədilə monitorinqlərə başlayıb. Gəncə Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin nümayəndələri tərəfindən keçirilən yoxlamalarda məqsəd əhalini maarifləndirmək, eyni zamanda mühafizə zolağına düşən qanunsuz tikililərin qeydiyyatını yenidən aparmaqdır.

 

2010-cu ildə yaradılan son komissiyanın rəyinə görə bu gün Gəncə şəhərində yüksək gərginlikli naqillərin altında təxminən 800-ə yaxın tikili var. Hansı ki, bu vətəndaşlara dəfələrlə müraciət olunsa da, deyilənlərə əməl olunmayıb.

 

Bundan əlavə "Azərenrji"nin rəsmiləri Gəncə şəhərində aidiyyəti orqanların rəhbərlərinə vəziyyətlə bağlı rəsmi məktub və bildiriş göndərsə də nəticə yoxdur. Aparılan müşahidələr göstərir ki, şəhərin əsasən Avtozavod, Sevinc, Gülüstan qəsəbələri və Ruzigar Qasımov küçəsində elektrik xətlərinin altında olan tikililərin sayı daha çoxdur.

 

Gəncə Regional Elektrik Şəbəkəsinin direktor müavini Elmar Həsənovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, naqillərin altında ev və ya sahibkarlıq obyektinin inşası üçün adıçəkilən qurum tərəfindən heç kimə rəsmi icazə sənədi verilməyib.

 

Monitorinqlər zamanı qurumun əməkdaşlarına qapı açmayanlar da, irəli sürülən iradlarla razılaşanlar oldu. Bəlli oldu ki, mənzillərin torpaq yerlərini əhaliyə bələdiyyə sədrləri verib. Sözügedən ərazilərdə qanunsuz tikililərin aparılması son 10 ildə xüsusi ilə kütləvi hal alıb. Bu dəfəki reydə gəlincə, nəticələr paytaxta göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə