Bu gün Bakıda işə başlayan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Çexiyanın mədəniyyət naziri Jiri Besserlə görüşüb. Görüşdə Ə. Qarayev çexiyalı qonağa tədbirə qatıldığı üçün təşəkkür edib. Nazir deyib ki, Azərbaycan bu kimi layihələr təşkil etməkdə maraqlıdır: "Bu baxımdan Azərbaycan nümunəvi ölkədir. Biz sizin ölkə ilə bütün sahələrdə qarşılıqlı əməkdaşlığın tərəfdarıyıq. Çox istərdim ki, burda olduğunuz müddətdə qarşılıqlı əməkdaşlıq protokolları imzalansın. Biz Çexiya təcrübəsini bölüşməkdə maraqlıyıq".
J. Besser isə öz növbəsində deyib ki, onlar bu forumun keçirilməsini yüksək qiymətləndirirlər. Çexiyanın Azərbaycanla daha geniş səviyyəli əlaqələrin qurulmasında maraqlı olduğunu deyən nazir Çexiya prezidentinin bu məqsədlə yaxın zamanlarda Azərbaycanla səfər edəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB