Fransa Senatının üzvü: "Erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsi aşağı palatada erməni lobbisinin təsiri ilə qəbul olunub"

Fransa Senatının üzvü: "Erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsi aşağı palatada erməni lobbisinin təsiri ilə qəbul olunub"
Qondarma "erməni soyqırımı"nın tanınması haqqında qanun Fransa parlamentinin aşağı palatası tərəfindən qəbul olunub, lakin hələ Senatda müzakirəyə çıxarılmayıb. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Fransa Senatının üzvü Natali Meriyem bildirib.

"Mən Senatın üzvüyəm, bu qanun hələ parlamentin yuxarı palatasında müzakirə olunmayıb. Qanunun aşağı palatada qəbul olunmasına gəldikdə isə, deməliyəm ki, Fransada çox güclü erməni lobbisi var və bu qanun layihəsi onların təsiri ilə qəbul olunub",- deyə o əlavə edib.

N. Meriyem onu da vurğulayıb ki, 1915-ci ildə Osmanlı İmperiyası ərazisində baş verən hadisələrə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə