NATO-nun qiymətləndirmə missiyasının Ermənistana səfəri başlayıb. SİA-nın "News.am" saytına istinadən verdiyi məlumata görə, onlar Yerevanın alyansın "Fərdi tərəfdaşlıq planı" çərçivəsində 2010-cu ildə gördüyü işlərlə tanış olur, proqramın tələblərinə nə dərəcədə əməl edildiyini yoxlayır.
Qeyd edək ki, plan Ermənistanın müdafiə sahəsində islahatların aparılmasını nəzərdə tutur. Görülməli işlər arasında hərbi doktrina, böhranların idarə edilməsi üzrə milli konsepsiyanın hazırlanması, regional təhlükəsizlik məsələləri və s. daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB