ABŞ-ın Boston şəhərindəki Harvard Astrofizik Mərkəzində (CfA) çalışan türkiyəli astrofizik alim Mükremin Kılıc və həmkarları kosmosda az rast gəlinən bir hadisəni müəyyən edib. SİA-nın "Cihan" agentliyinə istinadən verdiyi məlumata görə, ölməkdə olan iki ağ ulduzun birləşərək yeni bir ulduzu əmələ gətirdiyi ortaya çıxıb.
CfA qrupunun "SDSS J010657.39 - 100003.3" adı verdikləri ikili ulduz sistemi dünyadan təxminən 7 min 800 işıq ili uzaqlıqdakı Balina qalaktikasında yerləşir. Bir-birinin ətrafında 39 dəqiqəyə dövr edən iki ağ ulduz 37 milyon il ərzində birləşəcək və yeni bir ulduz meydana gətirəcək.
Ağ ulduzların arasındakı məsafə 225 min kilometrdən çoxdur, yəni Yer planeti ilə Ay arasındakı məsafədən azdır. İki ulduz saatda təxminən 1,6 milyon kilometr sürətlə bir-birinin ətrafında dövr edir. Ağ ulduzlardan biri Günəşin 17, digəri isə 43 faizi ağırlığındadır. Astrofiziklər ulduzların hər ikisinin də heliumdan təşkil edildiyini düşünür.
Tədqiqat qrupu daha əvvəllər 200 milyarddan çox ulduzun olduğu Samanyolu qalaktikasında çoxlu sayda ağ ulduz sistemi tapmışdı. Ancaq ilk dəfə iki ölü ulduzun birləşmə prosesinin gözlənildiyi ifadə olunur. Günəşin də təxminən 6 milyard il ərzində ağ ulduza çevriləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB