Dostunun avtomobilini qaçıran şəxs qəza törədib - FOTO

Dostunun avtomobilini qaçıran şəxs qəza törədib - FOTO

Şirvanda qəribə avtomobil qəzası baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhər sakini sərxoş vəziyyətdə olan Abdulov Elçin dostu Abdullayev Əvəzə məxsus VAZ 2107 markalı 10BH686 dövlət nömrə nişanlı maşını sahibinin aptekə düşüb dərman almasından istifadə edərək sükan arxasına əyləşib.

N.Nərimanov küçəsində sürətlə hərəkət edərək idarə etməni itirməsi nəticəsində yolun kənarında olan barduru aşaraq ağaca çırpılıb. Maşının sahibi Ə.Abdullayev hadisə yerinə gələn Şirvan Polis Şöbəsinin müstəntiqi Vüsal Məhərrəmova Elçinin maşını yanından qaçırmasını bildirib.

Maraqlısı odur ki, maşını qaçıran şəxs əvvəlcədən avtomobildə olub. Müstəntiq hadisə ilə bağlı araşdırma aparılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə