Arıqlamaq istəyənlər rasionlarına qırmızı rəngli meyvə-tərəvəzi çəkinmədən daxil edə bilərlər. SİA-nın məlumatına görə, fransız alimləri meyvə-tərəvəzin tərkibində olan qırmızı piqmentin qamətin və sağlamlığın qorunub saxlanmasına kömək etdiyini müəyyənləşdiriblər.
Likopen adlanan bu maddə pomidor, qarpız, qreyfut, və başqa qırmızı rəngli məhsulların tərkibində boldur. Likopenin antioksidant xassələri var və o, iltihaba qarşı mübarizə aparır.
Təcrübələr göstərib ki, rasionda likopenin miqdarının çox olması bədəndə piyin faizini də azaldır. Bundan əlavə, bu maddə belin nazilməsinə, insulin balansının tənzimlənməsinə kömək edir, piylənmənin və ikinci növ diabetin yaranmasının qarşısını alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB