Sarksyan və Köçəryan "INTERPOL"a verilib - AÇIQLAMA

"Ermənistanın sabiq prezidenti Serj Sarksyan və Robert Köçəryan Xocalı soyqrımında cinayət törətmiş şəxslər kimi istintaqa cəlb olunublar". SİA xəbər verir ki, bu sözləri Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Xarici İşlər Nazirliyinin Xocalı soyqrımının 28-ci il dönümünə həsr olunan mətbuat konfransı çərçivəsində deyib.

O, Xocalı soyqrımı zamanı maddi və mənəvi cəhətdən əziyyət çəkmiş, həlak olmuş, itkin düşmüş və ümumilikdə soyqrımı ilə bağlı öz yurdundan didərgin düşmüş insanların sayını açıqlayıb və əlavə edib ki, Xocalı soyqrımı zamanı 305 şəxsin törətdiyi cinayətlər sübuta yetirilib.

Emil Tağıyev Ermənistanın sabiq prezidenti Serj Saksyan və Robert Köçəryanla bağlı hazırda istintaq davam etdirildiyini və onlarla bağlı "INTERPOL"a da müraciət edildiyini bildirib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...