Azərbaycan Prezidenti İlham Əliyev Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteronu qəbul edib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteronu qəbul edib.
SİA-ya daxil olan məlumata görə, Jan Pol Karteron xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırlayıb. O, ölkəmizlə və xalqımızla bağlı xoş təəssüratlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyini deyən Jan Pol Karteron bu tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmini vurğulayan Prezident İlham Əliyev forumun sivilizasiyalararası əməkdaşlığın möhkəmləndirilməsinə, xalqların bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB