Radikal müxalifət partiyalarının sıralarından kütləvi istefalar davam edir – YENİ XƏBƏR
"Səs" İnformasiya Agentliyi radikal müxalifət partiyalarından istefalarla bağlı araşdırmasını davam etdirir. Aprelin 6-da müxalifət partiyalarının Bakı şəhərində sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdlərinə etiraz olaraq daha 288 nəfər Müsavat, AXCP, AMİP, KXCP, Ümid, ALP, ADP və Xalq partiyasının sıralarını tərk etdikləri barədə bəyanat veriblər. Ümumilikdə, aprelin 5-6-da bu partiyaların sırasını 679 nəfər tərk edib.
Müxalifət partiyalarının Goranboy, Ağsu, Ağcabədi, Cəbrayıl, Hacıqabul, Neftçala, Laçın, Kürdəmir, Saatlı, Sabirabad, Şirvan, Lerik, Zərdab, Ucar, Tərtər, Şəki, Qax, Bərdə, Suraxanı rayon təşkilatlarında istefa halları daha kütləvi xarakter daşıyıb. Müsavat, AXCP və AMİP-in sıralarını tərk edən partiya üzvlərinin sayı daha çox olub. Belə ki, AXCP-nin 274, Müsavatın 217 və AMİP-in 108 üzvü fəaliyyətlərini bu partiyaların sıralarında davam etdirə bilməyəcəklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB