Prezident İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib

Prezident İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib

Azərbaycan prezidenti İlham Əliyev aprelin 6-da Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng edib.

SİA-nın xəbərinə görə, Prezidentin mətbuat xidmətinin məlumatında bildirilir ki, dövlət başçısı Nursultan Nazarbayevi seçicilərin mütləq əksəriyyətinin səs çoxluğu ilə növbəti dəfə prezident seçilməsi münasibətilə təbrik edib.

N. Nazarbayev təbrikə və diqqətə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələr arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnun olduqlarını bildirib, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə