İşğalçı dövlət olan Ermənistanın sosial-iqtisadi durumu getdikcə ağırlaşır. Cinayətkar rejim erməni xalqının ağır problemlər məngənəsində məhv olmasını vecinə belə almır. Oliqarxların multi-milyardçıya çevrilməsi fonunda xalqın səfalət içində yaşaması və əhalinin yarıya qədərinin ölkədən qaçdığını heç düşünən yoxdur. Hər 3 nəfərdən birinin acından ölmək durumunda qalması xalqın nə qədər ağır durumda "yaşadığını" göstərir.
Müstəqillik dövründə (son 20 ildə) Ermənistanı 2 milyonadək insan tərk edib. Ölkədən kütləvi mühacirət dalğası səngimək əvəzinə daha da güclənir. Artıq ölkənin çıxış qapılarında uzun növbələr yaranıb. Məzlum erməni xalqı canlarını qurtarmaq üçün hara gəldi qaçır.
Ermənistan mediasında yayımlanan informasiyalarda deyilir ki, bu sahədə durum həqiqətən də acınacaqlıdır. Şirak əyalətinin miqrasiya informasiyası mərkəzinin əməkdaşları bildirir ki, gənclər ölkəni demək olar ki, tam tərkibdə tərk edib. "İnsanlar ilk imkandaca ölkədən gedir və getdiyi yerdə iş olub-olmadığı ilə maraqlanmır. Onlar Ermənistandan çıxmaq üçün qanun pozuntusuna da getməyə hazırdırlar.
İndi ermənilər yalnız Rusiyaya yox, Fransaya, Çexiyaya da üz tutur, oradan sığınacaq istəyirlər. Ölkəyə yeni gələnlər də burada çox qalmadan geri dönür. Bu, xüsusilə Ermənistanda vergi siyasətilə razılaşmayan biznesmenlərdir",- deyə mərkəzin koordinatoru Sergey Danielyan bildirib.
Erməni mətbuatı yazır ki, "xoşbəxtlikdən" bir çoxlarının miqrasiya üçün yetərli vəsait tapa bilməməsi köçün bütün əhalini əhatə etməsinin qarşısını alır. Çox uzağa gedə bilməyənlər isə Gürcüstanın yaxın bölgələrində çörək pulu müqabilində hamballıq etməklə məşğuldurlar.
Ölkədə bahalaşma və qıtlıq yaranıb. Əhali nəinki normal yaşaya bilmir, hətta kommunal xərcləri belə ödəyə bilmir. Sarkisyanın iqtidarı Rusiyadan hər 1000 kubmetrini 180 dollara aldığı təbii qazi Ermənistanda vətəndaşlara 340 dollardan satır. Hökuməti vətəndaşların ağır sosial-maliyyə durumu, bir çox ermənilərin işlətdikləri qaza görə pul ödəmək uçun heç bir imkana sahib olmamaları da əsla maraqlandırmır.
Pulu verə bilməyənlər ya soyuqda dişini dişinə vurmalı, ya da elektroenerjidən daha çox istifadə etməlidir. Elektroenerji də Ermənistanda Sarkisyanın ailəsi və qohumları ilə Rusiyanın "RAO EES" korporasiyasının nəzarətində olduğundan, "udan" yenə erməni hakimiyyətindəki oliqarxlar olur. Ermənistandakı təbii qaz inhisarçısı "ArmRosQazprom"dur və o, heç vaxt vətəndaşların maraqlarını nəzərə alan, əhaliyə satılan "mavi yanacağ"ın nə ucun belə baha olmasının cavabını verən və ya vətəndaşların nədən inhisarçının qurbanlarına çevrilmələrini izah edən deyil.
News.am saytının məlumatına görə, Ermənistanda inflyasiya tempi rəsmi rəqəmdən 3 dəfə çoxdur. Bunu erməni ekspert Arutyun Mesropyan bəyan edib. O, rəsmi dairələrin inflyasiyanın 12,4% olması haqda iddialarını əsassız hesab edir.
Ermənistan hökuməti və Mərkəzi Bankının səylərinə baxmayaraq, ölkədə bahalaşmanın qarşısını almaq mümkün olmur. "Armenia Today" yazır ki, bu ilin martında fevral ayı ilə müqayisədə ərzaq məhsullarının qiyməti 11,56% artıb.
Ümumilikdə bu ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi ötən ilin anoloji dövrülə müqayisədə 111,1% yüksəlib. Ermənistan Mərkəzi Bankının sabiq rəhbəri Baqrat Asatryan hesab edir ki, bütün bunlara səbəb hökumətin fəaliyyətsizliyidir. Qeyd edək ki, Dünya Bankı Ermənistanda yoxsulluğun səviyyəsinin 2008-ci illə müqayisədə 2010-cu ildə 23%-dən 34,1%-ə yüksəldiyini açıqlayıb. Artıq ölkə əhalisinin 1/3-dən çoxu ifrat yoxsulluq həddində "yaşayır".
Beləliklə, erməni xəstəliyinin (qonşularına qarşı təcavüz, soyqırım, torpaq iddiası və s.) XX əsrin sonlarında yenidən şiddətlənməsi bu xalq üçün acı nəticələr doğurub. İndi əksər ermənilər bunun onlara nə qədər baha başa gəldiyni anlayıblar. Gec də olsa, bunu anlamaq yaxşıdır...

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB