Dövlət Bahçeli Xocalı soyqırımı barədə danışdı

Xocalı soyqırımı beynəlxalq insan haqları məhkəmələri kimi, hüquqi qurumlar tərəfindən tanınmalı və günahkarlara tələb olunan cəzalar verilməlidir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.

Xocalı soyqırımının dəhşətlərindən danışan partiya sədri diqqətə çatdırıb ki, keçmiş Sovet İttifaqının süqutundan sonra saxta “Böyük Ermənistan” xəyalı ilə yaşayan Levon Ter-Petrosyan türk düşmənçiliyini yeni bir mərhələyə gətirərək müasir dünyanın gözü qarşısında Dağlıq Qarabağın işğalı siyasətini yürütdü. Azərbaycan ərazisinin beşdə birini işğal edən Ermənistan hələ də qədim türk yurdundan geri çəkilməyib və hərbi işğala son qoymaq niyyətində deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə