Şəmkirdə orta məktəblərin internetə qoşulması prosesi sürətləndirilib
Şəmkirdə orta təhsil müəssisələrinin internetə qoşulması prosesi sürətləndirilib. Bu barədə SİA-nın bölgə müxbirinə rayon Təhsil Şöbəsindən məlumat verilib.
Məlumata görə, artıq 20 məktəbdə internetdən istifadə olunur. Ümumilikdə isə təhsil ocaqlarına 790-dan artıq kompyuter dəsti verilib. Bu isə hər 20 şagirdə bir kompyuter deməkdir.
Hazırda diqqət ucqar dağ kəndlərindəki məktəblərin internetə qoşulmasına yönəldilib. İlkin mərhələdə 8 ucqar kəndin təhsil ocağında oxuyan şagirdlər internetdən istifadə edə biləcək. Bundan əlavə bu sahədə çalışan pedaqoqların biliklərinin artırılması məqsədilə onlar üçün xüsusi kurslar təşkil olunur.
Şəmkirin təhsil ocaqlarının tam internetə qoşulması bu il ərzində yekunlaşacaq. Statistik məlumatlara görə, bu gün sözügedən rayonda 80 orta məktəb fəaliyyət göstərir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB