İran prezidentinin müşaviri Azərbaycanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşüb
Bu gün Bakıda səfərdə olan İran İslam Respublikası prezidentinin müşaviri, İRNA Agentliyinin icraçı direktoru Əli Əkbər Cavanfikir Azərbaycanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə iki ölkə arasında münasibətlər, İran və Azərbaycan media qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub, bundan sonra əlaqələrin daha da inkişaf etdirilməsi barədə razılığa gəlinib.
İranlı qonaq ölkəsinin Azərbaycanla münasibətlərin inkişaf etməsində maraqlı olduğunu, əlaqələrimizin güclənməsində medianın mühüm rolu olduğunu qeyd edib. Ölkəsinin yürütdüyü regional siyasət haqqında məlumat verən Əli Əkbər Cavanfikir Tehranın bütün dünyada sülh və əmin-amanlığın tərəfdarı olduğunu deyib: "İran hər zaman sülhün, tərəqqinin, əmin-amanlığın tərəfdarı olub. Lakin Amerika və onun müttəfiqləri bunun əksini istəyirlər. Yaxın Şərq və Şimali Afrikada baş verənlər də ABŞ və sionizmin ssenarisindən biridir".
Sonra görüşdə iştirak edən agentlik rəhbərləri təmsil etdikləri qurumlar, fəaliyyətləri, medianın durumu barədə qonağa məlumat veriblər.
Qonaq da həmçinin Azərbaycan mediası haqqında fikirlərini bölüşüb. O, ölkəmizdə medianın normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradıldığını, mətbuatın inkişaf etdiyini söyləyib.
Görüşdə SİA-nın icraçı direktoru Vəli Vəliyev də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB