İngiltərə baş naziri David Kameron Pakistan səfərində İngiltərənin müstəmləkə imperatorluğu dövrünü tənqid edən açıqlamaları ilə hamını təəccübləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, İngiltərənin sərhəd qarşıdurmaları səbəbi ilə onilliklərdir ki, yaşanan gərginlik və müharibələrə görə məsuliyyət daşıdığını söyləyib.
Pakistan ilə Hindistan arasında gərginliyinə səbəb olan Kəşmir bölgəsi probleminin necə həll ediləcəyi sualına cavab olaraq Kameron bu məsələyə müdaxilə etməyin onun səlahiyyətində olmadığını ifadə edib. İngiltərənin baş nazirinin açıqlaması pakistanlı tələbələr və alimlər tərəfindən məmnuniyyətlə qarşılandı. Kəşmir probleminin yaranmasında İngiltərənin məsuliyyət daşıdığını qeyd edən Kameron özü kimi İngiltərə adından üzr istəyən İşçi Partiyasının üzvü olduqları baş nazirləri yada salıb.
Keçmiş baş nazir Toni Bleyr də 1997-ci ildə verdiyi bir açıqlama ilə XIX əsrdə İrlandiya xalqının yaşadığı aclıqda İngiltərənin məsuliyyətini vurğulayaraq üzr istəmişdi. Bleyr 2006-cı ildə də ölkəsinin Afrikadakı kölə ticarətində oynadığı rolla əlaqədar təəssüfünü dilə gətirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB