Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikası yüksək dəyərləndirilib

Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev Türkiyənin Şanlı Urfa vilayətinin valisi Abdullah Erin, Silahlı Qüvvələrin bu bölgədəki ağır zirehli briqada komandanı, general-mayor Oqtay Ağbuqa, vilayətin baş prokuroru Tolgahan Öztoprak, Daxili İşlər Nazirliyinin vilayət üzrə rəisi Selçuk Doğuş və Daxili Qoşunların vilayət üzrə komandanı, polkovnik Eyup Sabri Kirişçi ilə görüşüb. SİA xəbər verir ki, görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişaf dinamikası yüksək dəyərləndirilib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri iki ölkənin tarixi əlaqələrini daha da möhkəmləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə