Azərbaycan Avropa Gənc Alimlər Şurasına üzv olub

Azərbaycan Avropa Gənc Alimlər Şurasına üzv olub

Martın 31-dən aprelin 4-dək Litvanın paytaxtı Vilnüs şəhərində Avropa Gənc Alimlər Şurasının (EURODOC) konfransı keçirilib.


SİA-nın xəbərinə görə, 34 Avropa ölkəsinin üzv olduğu şuranın bu iclasında Azərbaycanın üzvlük məsələsi müzakirə olunmuş və səsvermə yolu ilə təmsil olunmaq hüququ qazanıb.


Qeyd edək ki, şuraya üzv olmaq ilk növbədə gənc alimlərimizin Avropa alimləri ilə əlaqələrinin təmin olunmasına şərait yaradacaq, həmçinin, Avropa Birliyinin və Avropa İttifaqının gənc alimlər üçün müxtəlif mübadilə proqramlarının Azərbaycana gətirilməsi, onların çıxışın təmin olunması, Azərbaycan elminin inteqrasiyası baxımından faydalı olacaqdır.


Tədbirdə ölkəmizi Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə