“Müxaliflər bir-birlərini satqınlıqda ittiham ediblər” RƏY-ÖZƏL

"Əvvəla müxalifət seçki öncəsi də parçalanmış vəziyyətdə idi". Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, bildiyiniz kimi AXCP və “Milli Şura” “boykot” qərarın qəbul etmişdir və seçkilərdən iştirak etməkdən imtina etmişdir: "Müsavat və “REAL” partiyaları seçkilərdə iştirak etmək qərarına gəlmişdilər. Bunların arasında qarşılıqlı ittiham o dərəcədə dərindir ki, birləşib, birgə hansısa bir aksiya keçirmək imkanları hədsiz məhdutdur. Müxaliflər daim bir-birlərini satqınlıqda ittiham ediblər. Yəni onların arasında ittihamları o dərəcədə dərindir ki, bunların hansısa aksiya keçirmək istəkləri mümkünsüzdür. Çünki bunları bir-birlərini satqınlıqda daima ittiham ediblər, seçkiyə getməyənlər, seçkiyə gedənləri xəyanətdə ittiham ediblər, seçkiyə gedənlər isə seçkiyə getməyənləri xalqı seçki hüququndan məhrum etməkdə ittiham ediblər. Bir sözlə, müxalifət özünü tam itirmiş vəziyyətdədir və toparlana bilmir. İsa Qəmbəri başqanlıqdan getdikdən sonra demək olar ki, tam şəkildə susqunluq vəziyyətindədir, “REAL”-da İlqar Məmmədova münasibət birmənalı deyil, radikal mövqe sərgiləyən Əli Kərimli artıq AXCP-də arzuolunmaz şəxsə çevrilib. Belə vəziyyətdə adları çəkilən qüvvələrin birləşib aksiya keçirməkləri cəhdləri uğursuzluğa düçar olacaqdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...