"Həmsədrlər məsələyə reaksiya verməlidir" ÖZƏL-MÖVQE

"Ümumiyyətlə, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın başqa ssenari reallaşdırması üçün imkan tanımır". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

"Burada işğalçı ölkənin lideri açıq etiraf edir ki, “biz Azərbaycanın torpaqlarını geri qaytarmaq fikrində deyilik”. Bu zaman Azərbaycan tərəfinin başqa hansı çıxış yolu qala bilər? Təbii ki, başqa çıxış yolu yoxdur. Azərbaycan ancaq müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edə bilər. Azərbaycan tərəfi əlbəttə, öz növbəsində ATƏT-in Minsk Qrupuna da bunu izah edə bilər. Əgər Paşinyan danışıqlar yolu ilə Azərbaycan torpaqlarını qaytarmaq niyyətində deyilsə, o zaman Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə arxalanaraq torpaqları müharibə yolu ilə qaytarmağa məcburdur. Düşünürəm ki, burada indiyədək “ağzına su alıb” susan ATƏT-in Minsk Qrupunun həmsədrləri məsələyə reaksiya verməlidir. Təəssüflər olsun ki, onlar reaksiyanı ancaq müharibə başlayanda verirlər", - deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...