ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri aprelin 11-də başlayacaq
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie( Fransa), Robert Bradtke (Amerika) və İqor Popovun (Rusiya) regiona səfəri aprelin 11-də başlayacaq. SİA-nın "News.am"-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib. O, qeyd edib ki, həmsədrlər aprelin 11-12-də İrəvanda səfərdə olacaq, xarici işlər naziri Edvard Nalbandyan və prezident Serj Sarkisyanla görüşəcəklər.
Qeyd edək ki, həmsədrlərin Bakı və Xankəndinə də səfərləri nəzərdə tutulur. Xatırladaq ki, onların Azərbaycan paytaxtına aprelin 13-14-də gəlməsi gözlənilir. Vasitəçilər Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB