Matrın son günlərində çox maraqlı hadisə baş verib. Bütün Ermənistan ərazisində bir neçə saat internet kəsilib. SİA-nın aldığı məlumata görə, təşvişə düşən Ermənistan bunun səbəbini axtarmaq üçün hətta qonşu ölkələrdən kömək istəyib. Araşdırmalara başlayan Gürcüstan tərəfi internetsiz qalan erməniləri məsələdən hali edib. Məlum olub ki, "Dəmiryol Telekom"a məxsus optik kabel Gürcüstan ərazisində zədələnib. Xəbəri Gürcüstan Daxili İşlər Nazirliyinin sözçüsü Zurab Qvenetadze də təsdiq edib. Araşdırmalardan sonra günahkar üzə çıxıb. Bəlli olub ki, Gürcüstanın Mçxeti rayonunun Ksani kəndinin sakini olan 75 yaşlı qadın mis axtarışına çıxıbmış, yeri qazanda təsadüfən buradan keçən "Dəmiryol Telekom"a məxsus optik kabeli zədələyib.
Zurab Qvenetadzenin sözlərinə görə qadın tək olub və önun bu məsələdə yardımçıları olmayıb. Cinayət işi başlanılıb.
Məlumat üçün bildirək ki, Avropadan çəkilmiş optik-kabel xətti dəmiryol magistralı boyunca əvvəlcə Qərbi Gürcüstana, oradan ölkənin şərq hissəsinə və Azərbaycana, eyni zamanda Ermənistana yüksək sürətli interneti ötürür. Xətt " Damir yolu Telekom"a məxsusdur. Optik kabel dəmiryol pelsindən 40 sm uzaqlıqda olmaq şərti ilə çəkilib, hansı dərinlikdə olması isə məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB