Daxili İşlər Nazirliyi Cəlilabadda baş vermiş qətllə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Cəlilabad rayonunda baş vermiş qətllə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 5-də, Cəlilabad rayonunda, rayon sakini Vasif Mirələmov münaqişə zəminində həmyerlisi Cahangir Həsənova bıçaqla xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən C. Həsənov orada ölüb.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən V. Mirələmov tutulub.
Qeyd edək ki, hadisə iştirakçılarının hər ikisi orta məktəb şagirdidir. Hadisəni törədən V. Mirələmov AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmovun oğludur. Qətlə yetirilən C. Həsənovun atası Həsən Həsənov isə əvvəllər polis nəfəri olub. O, 10 il əvvəl daxili işlər orqanlarından xaric edilib.
Baş vermiş hadisə ilə bağlı Cəlilabad Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB